CƏMİYYƏT


Mixail Qusman “Rusiya Federasiyasının Əməkdar Jurnalisti” fəxri adına layiq görülüb

Moskva, 1 yanvar, AZƏRTAC

Həmyerlimiz, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman yeni təsis edilmiş “Rusiya Federasiyasının Əməkdar Jurnalisti” fəxri adına layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Fərman imzalayıb.

Fərmana əsasən, fəxri ad on beş KİV nümayəndəsinə, o cümlədən TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusmana, agentliyin keçmiş rəhbəri, Ümumdünya Rus Mətbuatı Assosiasiyasının prezidenti Vitali İqnatenkoya, “Moskovski komsomolets” qəzetinin baş redaktoru Pavel Qusyevə, “Heyvanlar aləmində” verilişinin aparıcısı Nikolay Drozdova və başqalarına təqdim olunub.

Fərmanda bildirilir ki, fəxri ad Rusiyada jurnalistikanın inkişafında xidmətlərə və uzun illər səmərəli əməyə görə təqdim edilir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.