SİYASƏT
Moldova KİV-i Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfərini geniş işıqlandırıb
Kişineu, 2 oktyabr, AZƏRTAC
Moldovanın nüfuzlu KİV-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfəri və orada keçirdiyi görüşlər geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Moldovanın “Noi”, “Politik”, “Timpul” və digər xəbər portallarında rumın və rus dillərində dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə, Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışına, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin çıxışında dövlətimizin başçısı haqqında fikirlərinə geniş yer ayrılıb.
Məqalələrdə, xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Prezident İlham Əliyevin göstərdiyi kömək vurğulanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu