SİYASƏT


Moldova mətbuatı Azərbaycan Prezidentinin Praqaya səfərindən yazıb

Kişineu, 7 oktyabr, AZƏRTAC

Moldovanın xəbər portalları Azərbaycan Prezidenti İlham Əliyevin Praqaya səfəri, orada keçirdiyi görüşlərə diqqət ayırıb.

AZƏRTAC xəbər verir ki, “Noi”, “Dosarmedia”, “Timpul” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşləri tarixi hadisə adlandırılıb.

Bundan başqa məqalələrdə Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünə, dövlətimizin başçısının telekanallara müsahibəsindəki fikirlərinə geniş yer verilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.