QAN YADDAŞI


Moldovanın xəbər saytlarında Xocalı soyqırımının ildönümü ilə bağlı silsilə məqalələr dərc olunub

Kişineu, 27 fevral, AZƏRTAC

Moldovanın müxtəlif xəbər saytlarında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı silsilə məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, “tribuna.md”, “ava.md”, “publika.md”, “noi.md”, “deschide.md”, “yam.md”, “prime.md” və digər saytlarda dərc edilən məqalələr və videomateriallarda Xocalı soyqırımına dair tarixi faktlar, ermənilərin insanlıq əleyhinə törətdiyi müharibə cinayətləri haqqında ətraflı məlumat verilib. Həmçinin Azərbaycanın Moldovadakı səfirliyinin Xocalı soyqırımına dair təşkil etdiyi anım tədbiri, orada səsləndirilən bəyanatlar, xüsusilə Moldova parlamentinin deputatlarının mövqeyi geniş dərc edilib.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi böyük Qələbədən, müharibənin dayandırılması ilə bağlı imzalanmış üçtərəfli Bəyanat çərçivəsində aparılan danışıqlar, eləcə də işğaldan azad edilmiş torpaqlarımızda görülən bərpa işlərindən bəhs edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kişineu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.