ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu magistrantlarının dissertasiyalarının ilkin müzakirəsi aparılıb

Bakı, 25 may, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda (MBBİ) elmi-tədqiqat işlərini başa çatdırmış II kurs magistrantların dissertasiyalarının ilkin müzakirəsi "Zoom" platforması üzərindən keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Molekulyar biologiya” ixtisası üzrə Azərbaycan bölməsindən 3, rus bölməsindən bir, “Biokimya” ixtisası üzrə 2, “Biotexnologiya” ixtisası üzrə isə bir magistrantın dissertasiya işi onlayn müzakirə edilib və ilkin qiymətləndirmə aparılıb.

Magistrantların dissertasiya işləri Təhsil Nazirliyi tərəfindən magistr dissertasiyalarına qoyulan tələblərə tam cavab verdiyindən onların əsas müdafiəyə buraxılması tövsiyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.