ELM VƏ TƏHSİL


Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaranmasının 6 illiyi qeyd olunub

Bakı, 30 iyun, AZƏRTAC

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 6 illiyinə həsr olunmuş tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik İradə Hüseynova müəssisənin yaranma tarixi, əldə olunan nailiyyətlər və burada elmi potensialın formalaşmasında akademik Cəlal Əliyevin misilsiz xidmətlərindən söz açıb. O qeyd edib ki, bu günlərdə akademikin elmi məktəbinin davamçılarından olan professor Qərib Mürşüdovun Azərbaycan Respublikasının Əməkdar elm xadimi, professor Süleyman Allahverdiyevin isə Rusiya Federasiyasının Əməkdar elm xadimi adına layiq görülməsi və onun Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsi böyük alimin elmi irsinin etibarlı əllərdə olduğunun bariz nümunələridir.

Sonra AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev və institutun digər alim və mütəxəssisləri müəssisənin inkişafı, burada son illərdə aparılan tədqiqatlar və onların mühüm nəticələrindən danışıblar. Natiqlər öz müəllimləri haqqında xatirələrini bölüşüb, onun əziz xatirəsinin daim ürəklərdə yaşayacağını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.