İDMAN


“Monako” klubu Sesk Fabreqası heyətinə qatıb

Bakı, 12 yanvar, AZƏRTAC

Fransanın “Monako” futbol klubu yarımmüdafiəçi Sesk Fabreqası öz heyətinə qatıb.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı ispan futbolçu İngiltərənin “Çelsi” klubundan transfer edilib. Fabreqas “Monako” ilə 2022-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Fabreqas peşəkar karyerasına İngiltərənin “Arsenal” klubunda başlayıb. O, 2011-ci ildə “Barselona”, 2014-cü ildə isə “Çelsi” klubuna transfer olunub.

Yarımmüdafiəçi İspaniya milli komandasının heyətində iki dəfə Avropa çempionu (2008, 2012) və bir dəfə dünya çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.