DÜNYA


Monteneqroda bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Monteneqroda bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Podqoritsa, 28 aprel, AZƏRTAC

Monteneqroda bir çox məktəbdə bomba təhlükəsi ilə əlaqədar xəbərdarlıq olunub.

AZƏRTAC xəbər verir ki, Podqoritsa, Nikşiç, Bar, Berane, Akova, Kolaşin, Herseq Novi, Çetine, Andriyevici, Budva, Kotor, Danilovqrad, Moykovac, Plav, Qusinye və Petrovakdakı məktəblər bomba təhlükəsi barədə xəbərdarlıqdan sonra boşaldılıb. Həmçinin Nikşiç və Bar bələdiyyələri üçün də bomba xəbərdarlığı edilib.

Monteneqro Prezidenti Milo Cukanoviç bildirib ki, cəmiyyətin ən həssas kateqoriyalarından olan uşaqların və bütün vətəndaşların təhlükəsizliyi dövlətin mütləq prioriteti olmalıdır. M.Cukanoviç vəziyyətin aydınlaşdırılması üçün təcili tədbirlərin görülməsi, bu aksiyaların səbəbkarlarının və təşkilatçılarının aşkarlanması ilə bağlı çağırış edib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.