SİYASƏT


Moskva ATƏT-in Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş səylərini müsbət qiymətləndirir

Moskva, 2 noyabr, AZƏRTAC

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Moskva ATƏT-in Qarabağ münaqişəsinin nizamlanması nizamlanmasına yönəlmiş səylərini müsbət qiymətləndirir.

AZƏRTAC xəbər verir ki, S.Lavrov bu fikri Moskvada ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşünün yekunlarına həsr edilmiş brifinqdə söyləyib.

Rusiyanın xarici işlər naziri qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər və hər iki ölkə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməyə hazırdır.

S.Lavrov deyib: “Biz bu cür razılaşmanı alqışlayırıq, hərçənd başa düşürük ki, Ermənistanda hazırda müşahidə olunan qızğın daxili siyasi proseslər başa çatmayınca bu böhrandan çıxmağın və Qarabağ münaqişəsinin tamdəyərli nizamlanmasını təmin etməyin konkret variantlarını ciddi nəzərdən keçirmək yəqin ki, mümkün olmayacaq”.

RF XİN başçısının sözlərinə görə, Moskva Dnestryanı bölgədəki münaqişənin və Qarabağ münaqişəsinin tənzimlənməsinə, habelə Cənubi Qafqazda və Balkanlarda sabitliyə dair Cenevrə diskussiyalarında ATƏT-in səylərini müsbət qiymətləndirir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.