İQTİSADİYYAT


Moskva-Bakı reysləri ilə Azərbaycana kimlər gələ bilər?

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, hansı şəxslərin buraxıldığı açıqlanıb.

AZƏRTAC “Azərbaycan Hava Yolları” QSC-yə istinadla xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri

- valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Qeyd edək ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək. Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi “www.azal.az” saytında almaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.