ELM VƏ TƏHSİL


Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə

Bakı, 15 iyun, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu elektron formada aparılır. İyunun 1-dən başlanmış ərizə qəbulu iyunun 17-dək davam edəcək. Ərizələri MDU-nun Bakı Filialının https://msu.az saytında və ya Dövlət İmtahan Mərkəzinin http://dim.gov.az saytında vermək olar.

AZƏRTAC MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, iyunun 19-da saat 9:30-da “Zoom” platforması üzərindən təşkilati toplantı keçiriləcək.

Magistraturaya qəbul olmaq istəyənlər üçün iyunun 19-da “Zoom” platforması üzərindən konsultasiya keçiriləcək. İxtisaslar üzrə (filologiya, riyaziyyat, kimya, psixologiya, fizika) konsultasiyalar saat 11:00-da keçiriləcək. İqtisadiyyat fakültəsində bir gündə iki konsultasiya təşkil ediləcək: ixtisas üzrə (menecment) konsultasiya saat 11:00-da, ingilis dili üzrə saat 13:00-da keçiriləcək. Magistraturaya ərizə vermiş bütün bakalavrların qeydiyyat zamanı göstərdikləri e-mail ünvanlarına təşkilati toplantıdan və konsultasiyalardan bir gün əvvəl “Zoom” sisteminə giriş üçün məktub göndəriləcək.

İmtahanlar iyunun 21-də keçiriləcək.

İxtisaslar üzrə (filologiya, riyaziyyat, kimya, psixologiya, fizika) imtahanlar saat 10:00-da başlanacaq.

İqtisadiyyat fakültəsində bir gündə iki imtahan keçiriləcək: ixtisas üzrə (menecment) imtahan saat 10:00-da, ingilis dili üzrə imtahan saat 13:00-da başlanacaq.

İmtahan günü saat 09:00-da universitetdə olmaq lazımdır.

Avtobuslar Elmlər Akademiyası parkından (Bakı metropoliteninin “Elmlər Akademiyası” stansiyası) saat 8:00-dan 8:30-dək çıxacaq.

İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

1.Şəxsiyyəti təsdiq edən sənəd;

2.Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda);

3.“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir).

Buraxılış vərəqəsini və “Sağlamlıq haqqında bəyannamə”ni MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş keçidə daxil olaraq çap etmək mümkündür.

Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq [email protected] ünvanına göndərməlidirlər.

Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür.

Telefon: (012) 409 33 71

E-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.