ELM VƏ TƏHSİL


Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı noyabrın 3-də abituriyentləri 2019-2020-ci tədris ilində filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” gününə dəvət edir. Bu barədə AZƏRTAC-a filialdan məlumat verilib.

Tədbir iştirakçıları M.V.Lomonosov adına MDU-nun Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr hazırlığı ilə bağlı hərtərəfli məlumat əldə edə biləcəklər.

“Açıq qapı“ günü saat 14.00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə telefonu: (012) 598-93-32.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.