ELM VƏ TƏHSİL


Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçiriləcək

Bakı, 16 aprel, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı aprelin 20-də abituriyentləri 2019-2020-ci tədris ilində filiala daxil olmaq üçün qəbulun şərtləri və qaydaları ilə tanışlıq məqsədilə “Açıq qapı” gününə dəvət edir. Bu barədə AZƏRTAC-a filialdan məlumat verilib.

Tədbir iştirakçıları MDU Bakı filialının filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavrların və magistrlərin hazırlanması ilə bağlı hərtərəfli məlumat ala biləcəklər.

“Açıq qapı” günü aprelin 20-də saat 14:00-da Bakı şəhəri, H.Cavid prospekti, 133 (metronun “Elmlər Akademiyası” stansiyasının yanında) ünvanında keçiriləcək. Əlaqə nömrəsi: (012) 598 93 32.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.