MƏDƏNİYYƏT
Moskva Müasir İncəsənət Teatrı Bakıda “Anna Karenina”nı təqdim edib
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən eyniadlı ikihissəli tamaşa təqdim olunub.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin nümayişi Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində reallaşıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan opera studiyasında izlənilən tamaşa mənfi fikirləri, stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.
Anna və Vronskinin bədbəxt eşqi, digər ailələrin qarşılıqlı münasibətinin nəzdində inkişaf edir. Beləliklə, qarşıya insan ruhunun keçmiş bir il yarım ərzində baş verən dəyişikliklərə güc - bəla ilə necə tab gətirdiyinin şahidi olaraq, geniş bir mənzərə çıxır.
İştirakçıların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]