İQTİSADİYYAT


Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək

Moskva, 1 dekabr, AZƏRTAC

Dekabrın 7-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) İqtisadi Şurasının iclası keçiriləcək.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətində AZƏRTAC-a bildiriblər ki, Moskvada Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 80-ci iclası keçiriləcək.

İclasın gündəliyinə MDB-yə üzv dövlətlərin iqtisadi sahədə qarşılıqlı fəaliyyətinə dair məsələlərin geniş kompleksi daxil edilib. Əsas müzakirə mövzuları 2020-ci ilədək dövrdə MDB ölkələrinin innovasiyalar üzrə əməkdaşlığının Dövlətlərarası Proqramı çərçivəsində məsələlər, rəqəmsal iqtisadiyyatın inkişafı şəraitində Birlik ölkələrində rəqabət siyasətinin formalaşması olacaq.

Tədbirdə, həmçinin nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələləri, MDB Hökumət Başçıları Şurasının dəmiryolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin tətbiqi haqda Konsepsiyaya və 2018-ci fraxt ili üçün MDB ölkələrinin dəmir yollarında tarif siyasətinə dair qərarlarının yerinə yetirilməsi vəziyyəti müzakirə ediləcək. 2018-ci ildə Tacikistan Respublikasının sədrliyi dövründə iqtisadi məsələlərin gündəliyinə də yekun vurulacaq.

Bundan başqa, iclas iştirakçıları digər maliyyə və təşkilati məsələləri də nəzərdən keçirəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.