CƏMİYYƏT


Moskvada MDB-yə üzv dövlətlərin Gənclər Forumu keçiriləcək

Moskva, 1 dekabr, AZƏRTAC

Dekabrın 3-dən 6-dək Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclər Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Gənclər üzrə Federal Agentlik, MDB-yə üzv dövlətlərin Gənclər Şurasının təşkilatçılığı və Rusiyanın Gənclər və Uşaqlar üzrə Birlikləri Şurasının dəstəyi ilə təşkil olunacaq. Forumda gənclərin ictimai təşkilatlarının liderləri və Birlik ölkələrində gənclər siyasətinin həyata keçirilməsinə məsul olan icra hakimiyyəti orqanlarının təmsilçiləri iştirak edəcəklər.

Forumun açılış mərasimi TASS agentliyində təşkil olunacaq. Təhsil və mədəniyyət üzrə əsas proqramların isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Qələbə Muzeyində keçirilməsi nəzərdə tutulub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.