MƏDƏNİYYƏT


Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Noyabrın 10-da Moskvada Xilaskar İsa Məbədinin zalında Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Sən mənim melodiyamsan” adlı konsert proqramı təqdim olunacaq. Konsert Aleksey İsaakovun “Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq.

AZƏRTAC layihənin saytına istinadla xəbər verir ki, konserti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Mərkəzi Sərhədçilər Ansamblı müşayiət edəcək. Ansamblın rəhbəri Rusiyanın Əməkdar artisti Andrey Kapralov, dirijoru Yevgeni Oleynikovdur.

Konsertdə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansa” televiziya layihələrinin iştirakçıları çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.