İDMAN


Moskvada “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcək

Bakı, 21 avqust, AZƏRTAC

Moskva vilayətində üçüncü “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə tələbələrin, gənclərin və ictimai təşkilatların, etnomədəni dərnəklərin rəhbərlərinin iştirakı nəzərdə tutulub. Üçüncü dəfə təşkil olunacaq bu tədbir oktyabrın 16-dan 21-dək Moskva vilayətində baş tutacaq. Tədbir iştirakçıları siyasətçilər, ictimai xadimlər, sənətçilər, musiqiçilər, yazıçılarla görüşərək uğur hekayələrini bölüşmək imkanı əldə edəcəklər. Həmçinin master-klaslar təşkil ediləcək, iştirakçılar doğma dillərində mahnı oxuyacaq, milli rəqsləri nümayiş etdirəcəklər.

Düşərgə böyük konsert və ən yaxşı qısametrajlı filmlərin müəlliflərinin mükafatlandırılması ilə başa çatacaq.

Xatırladaq ki, ötən il Moskva vilayətində təşkil olunan tədbirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Özbəkistandan tələbələr, gənclər, ictimai təşkilatların, etnomədəni birliklərin rəhbərləri də daxil olmaqla 150-dən çox gənc iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.