İQTİSADİYYAT


Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

Bakı, 18 noyabr, AZƏRTAC

Noyabrın 22-23-də Moskvada növbəti Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edəcək tədbirdə Azərbaycan və Rusiyanın dövlət rəsmilərinin, deputatların, biznes dairələri nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniş iclası, sənaye, turizm, kənd təsərrüfatı və humanitar sahələr üzrə dəyirmi masalar təşkil ediləcək, forumun plenar iclası keçiriləcək.

Azərbaycan nümayəndə heyətinin Moskvaya səfəri çərçivəsində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.