Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü şərəfinə rəsmi qəbul təşkil olunub

Moskva, 7 may, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü şərəfinə rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə nəşr edilmiş “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatı olub.

Təntənəli tədbiri açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından və çoxcəhətliliyindən söz açıb. “Mənim həyatda bəxtim çox gətirib, çünki Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə mən musiqidə ilk addımlarını atan gənc bəstəkar idim və onun dəstəyini hər zaman hiss etmişəm. 1960-cı illərin sonunda Heydər Əliyevin dəstəyi sayəsində görkəmli Azərbaycan yazıçılarının, bəstəkarlarının, ifaçılarının tam nəsli ümumittifaq arenasına çıxdı. 1993-cü ildə, artıq mənim mədəniyyət naziri olduğum vaxt, Heydər Əliyev Naxçıvandan sovet Azərbaycanından qalan hər şeyi zərrə-zərrə toplamaq üçün qayıtdı. Ölkədə demək olar ki, hər şey dağıdılmışdı, əgər Heydər Əliyev qayıtmasaydı, respublikanın, dövlətin, xalqın və ümumiyyətlə, 1992-1993-cü illərdə baş verənlərin sonunun nə ilə nəticələnəcəyini təsəvvür etmək belə çətindir. Bu insan yaşının kifayət qədər sanballı vaxtında qayıtdı və hərəkət etməyə, görüşlər keçirməyə, hər şeyi izah etməyə, kadr siyasətini dəyişməyə başladı. Vəziyyət tədricən sabitləşirdi. Əlbəttə, bu, o qədər də asan deyildi. Üç sui-qəsd cəhdi oldu, onlardan sonra Heydər Əliyev özü dedi ki, Allah onu Azərbaycan xalqı üçün qoruyur. Bu gün, artıq illər ötdükdən sonra bu barədə sakit danışa bilirik, amma o vaxt sadəcə başa düşürdük ki, biz Heydər Əliyevin xalqı xilas etdiyi böyük fəlakətlə qarşı-qarşıya idik”, -deyə səfir vurğulayıb.

Diplomat qeyd edib ki, o, Heydər Əliyevin müasir suveren Azərbaycana rəhbərlik etdiyi dövrdə mədəniyyət naziri vəzifəsini tuturdu: “Heydər Əliyev mədəniyyəti çox sevirdi, rəssamlığı sevirdi, teatrlara gedirdi, bütün filmlərə tamaşa edirdi. Yəni, bu insan hər şeyi vəzifə borcu olduğuna görə deyil, sadəcə incəsənəti sevdiyi, ona bələd olduğu və dərindən bildiyi üçün edirdi. Ona görə də bu sahəni dərindən bilən insanın rəhbərliyi altında mədəniyyət naziri işləmək, inanın ki, asan deyildi. Lakin mən həyatımın bu dövrü ilə fəxr edirəm. Heydər Əliyev haqqında öz xatirələrimi isə qısaca bu cür ifadə edərdim – dünyanın heç bir universitetinin vermədiyi diplom. Bu, böyük həyat məktəbidir. Hərçənd mən peşəkar diplomat deyiləm, amma məni Moskvaya göndərdilər. Heydər Əliyev məktəbinin məzunu kimi mən artıq 13-cü ildir Azərbaycanın Rusiyadakı səfiriyəm. Bu, yəqin ki, mənim diplomat həmkarlarımın da bildiyi kimi, o qədər də asan deyil”.

AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının tərtibatçısı və məsul redaktoru İlham Məmmədzadə vurğulayıb ki, bu il Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Onun sözlərinə görə, bu əlamətdar hadisə bir daha Heydər Əliyev fenomeni, onun Azərbaycan və Rusiya tarixindəki rolu haqqında düşünməyə daha bir səbəb verir. İ.Məmmədzadə kitabın ərsəyə gəlməsi tarixindən bəhs edib. Qeyd edib ki, 2009-cu ildə Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib. Sonra bu təşəbbüs Heydər Əliyev lektoriyalarına çevrildi, Azərbaycan və Rusiyanın filosofları iki ildə bir dəfə toplaşaraq dahi şəxsiyyətin irsinə həsr olunmuş kitabların və məqalələrin hazırlanmasına qərar verdilər. “Söhbət təkcə Heydər Əliyev irsindən deyil, həm də onun irsinin qoyduğu ənənələrin müasir dövrümüzə verdiyi töhfədən gedir. Bizim nəşr etdirdiyimiz dörd kitab yalnız Heydər Əliyev və onun irsi yox, həmçinin bu gün həmin irsin davam etdirilməsi ilə bağlı bütün mövzuları əhatə edir. Bu, mədəniyyətlərin dialoqudur. Bu dialoqun əsas tərkib hissəsi ziyalılar, filosoflar arasındakı münasibətlər, mürəkkəb dövrdə ümumi dil tapmaq və mədəniyyət problemləri üzərində birgə əməkdaşlıq etmək bacarığıdır”, -deyə İ.Məmmədzadə qeyd edib.

Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Azərbaycan rəhbərliyi, ölkənin alimləri, mədəniyyət xadimləri və ziyalıları mədəniyyətlərin fəal dialoqunu aparırlar. O əlavə edib: “Azərbaycanda gördüyümüz mədəniyyətlərin bu dialoqu bizi təkrar olaraq yenidən müasir Azərbaycan dövlətinin banisi, böyük Heydər Əliyevin irsinə qaytarır. Kitab oxuculara mədəniyyətlərin və sivilizasiyaların dialoqu kimi mühüm sahə üzrə Rusiya və Azərbaycanda aparılan tədqiqatlarla tanış olmaq imkanı verir”. Deputat təkqütblü dünyanın yaradılması cəhdlərinin müşahidə olunduğu, beynəlxalq humanitar hüquq ənənələri və prinsiplərinin inkar edildiyi müasir dünyada mədəniyyətlərin dialoqunun zəruriliyini qeyd edib. O vurğulayıb: “Heydər Əliyevin həyatını öyrəndikdə, gələcəkdə necə hərəkət edəcəyini, insanlarla nə cür ünsiyyət quracağını, müxtəlif mədəniyyətlər və dinlərin mənsublarını necə birləşdirəcəyini daha yaxşı başa düşürsən. Azərbaycan bunun bariz nümunəsidir. Orada Azərbaycan Prezidenti, mənim dostum İlham Əliyev Heydər Əliyevin böyük ideyalarını davam etdirərək ən yüksək səviyyədə tolerant dövlət yarada bilib”.

Təntənəli rəsmi qəbulda Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakov, “Biblio-Qlobus” Ticarət Evinin prezidenti, Rus Ədəbiyyat Akademiyasının akademiki Boris Yesenkin, Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov, “Rossiya-Kultura” telekanalının icmalçısı Vladislav Flyarkovski və başqaları çıxış ediblər.

Rəsmi qəbulda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tanınmış rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi Yuli Qusmana “Dostluq” ordenini təqdim edib. Diplomat deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Yuli Solomonoviç Qusmana “Dostluq” ordenini təqdim etmək istəyirəm. O, bu yüksək mükafata Azərbaycan və Rusiya arasında mədəni əlaqələrin inkişafındakı çoxillik məhsuldar xidmətlərinə görə layiq görülüb”.

Yüksək mükafata görə təşəkkürünü bildirən Y.Qusman söyləyib: “Mənə Heydər Əliyevin komandasının iş prosesini müşahidə etmək, hətta bir çox hallarda bu fəaliyyətdə iştirak etmək şərəfi nəsib olub. Demək istəyirəm ki, biz onun uzaqgörənliyinə, zəkasına və istedadına sonsuzadək minnətdarıq. Bu sözləri mən orden almağımla bağlı söyləmirəm, bu kəlmələri mən həmişə deyirəm...Həyatımın böyük hissəsini Azərbaycanda yaşayaraq, orada mənim valideynlərim, ulu babalarım və nənələrim qalıb, demək istəyirəm ki, mədəniyyətlərin dialoquna başlamaq və onu davam etdirmək çox gözəl ideyadır. Mən özüm də bu dialoqun iştirakçısıyam. Fəxr edirəm ki, mənə kiçik də olsa, lakin ola bilər ki, hissediləcək dərəcədə Azərbaycan və Rusiya mədəniyyətlərinin dialoquna töhfə vermək şərəfi nəsib olub.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib