DÜNYA


Mövlud Çavuşoğlu: ABŞ-dan “F-16”ların alınması prosesi uğurla irəliləyir

Mövlud Çavuşoğlu: ABŞ-dan “F-16”ların alınması prosesi uğurla irəliləyir

Ankara, 16 yanvar, AZƏRTAC

Bosniya və Herseqovinanın xarici işlər naziri xanım Bisera Turkoviç Türkiyəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu nazir Bisera Turkoviç ilə Ankarada görüşüb. Sonra Türkiyə ilə Bosniya və Herseqovinanın diplomatik heyətləri bir araya gəliblər.

Keçirdikləri birgə mətbuat konfransında Türkiyə-Bosniya və Herseqovina münasibətlərinin yüksələn xətlə inkişaf etdiyindən məmnunluqlarını ifadə edən nazirlər qarşılıqlı əməkdaşlığın tərəflər üçün faydalı olduğunu ifadə ediblər.

Qeyd olunub ki, ticarət həcminin artırılması, sərmayə qoyuluşu, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın gücləndirilməsi tərəflər üçün əhəmiyyətlidir. Ümumilikdə Türkiyə-Bosniya və Herseqovina münasibətlərinin inkişaf perspektivləri yüksəkdir.

Türkiyənin Bosniya və Herseqovinanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini xatırladaraq, gündəlikdə duran digər məsələlərə də münasibət bildirən nazir Mövlud Çavuşoğlu məlumat verib ki, ABŞ-dan “F-16”ların alınması prosesi uğurla irəliləyir.

Türkiyə-Yunanıstan münasibətlərində tarazlığın pozulmağa başladığını diqqətə çatdıran nazir M. Çavuşoğlu deyib ki, ABŞ kimi bir müttəfiqin balansa diqqət yetirməsi lazımdır.

Mövlud Çavuşoğlu Bosniya və herseqovinalı həmkarını Antalya Diplomatik Forumuna dəvət edib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.