SİYASƏT


Mövlud Çavuşoğlu: Ermənistanın törətdiyi vəhşiliyə səssiz qalmaq bu cinayətlərə şərik olmaq deməkdir

İstanbul, 17 oktyabr, AZƏRTAC

Ermənistan müharibə cinayətləri törətməkdə, dinc əhalini qətlə yetirməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəsmi “Twitter” hesabında bildirib.

“Uşaq-böyük demədən günahsız insanları öldürürlər. Bu vəhşiliyə səssiz qalmaq bu cinayətlərə şərik olmaq deməkdir. İnsan olmağı bacarmayanlar törətdikləri cinayətin hesabını verəcəklər. Can Azərbaycanın daim yanındayıq”, - deyə nazir qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.