SİYASƏT


Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək

Antalya, 9 noyabr, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 24-cü iclasının yekun sənədində Azərbaycanın maraqlarına uyğun iki maddənin salınmasının bu günə təsadüf etməsi xüsusilə önəmlidir. Çünki bu gün Azərbaycanın Dövlət Bayrağı Günüdür. Azərbaycanı bu gözəl bayram münasibətilə bir daha səmimi qəlbdən təbrik edirəm. Bu bayraq heç zaman enməyəcəkdir.

Bu fikirləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İƏT-in Nazirlər Şurasının Antalyada keçirilən 24-cü iclasının yekunlarını AZƏRTAC-a şərh edərkən söyləyib.

Nazir diqqətə çatdırıb ki, bugünkü iclasın yekun sənədində Ermənistanın bölgədə iqtisadi inkişafa maneə törətməsi, xüsusilə də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə regionun iqtisadi potensialının azalmasına səbəb olması barədə iki bənd var. Türkiyə bundan sonra da beynəlxalq səviyyədə Azərbaycanın haqq işini müdafiə edəcəkdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.