ELM VƏ TƏHSİL
Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri müzakirə olunmuşdur
Bakı, 18 dekabr (AZƏRTAC). Bakı Slavyan Universitetində (BSU) Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri” mövzusunda IX respublika tələbə elmi-praktik konfrans keçirilmişdir. BSU-nun 10 illiyinə həsr olunmuş konfransın keçirilməsində məqsəd həm də müxtəlif ali məktəblərdə təhsil alan gənclər arasında əlaqələri genişləndirməkdir.
BSU-dan AZƏRTAC-a bildirmişlər ki, 2002-ci ildən keçirilən bu konfransda respublikamızın bir çox ali məktəblərindən, müxtəlif xarici ölkə universitetlərindən tələbələr iştirak etmişdir.
Konfransda dinlənilən məruzələrin tezisləri ayrıca kitab şəklində dərc olunacaqdır.