MƏDƏNİYYƏT


Mübariz İbrahimova ithaf edilən mahnı və klip İraq televiziyasında yayımlanıb

Bakı, 11 yanvar, AZƏRTAC

Tanınmış bəstəkar Sevinc Tofiqqızının Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Mübariz” adlı mahnı və klip İraqın “TERT” telekanalında yayımlanıb.

Sevinc Tofiqqızı AZƏRTAC-a bildirib ki, bu mahnının onun üçün xüsusi özəlliyi var: “Bütün dünya ölkələri bilsinlər ki, Azərbaycan yenilməz dövlətdir. Qəhrəmanlarımızın şücaətini tərənnüm edən genişhəcmli əsərlər yazılmalı, ölkədən kənarda təbliğ edilməlidir. Mübariz İbrahimov kimi qəhrəmanlarımız gənclərimizə təbliğ olunmalıdır. Mən də bir bəstəkar olaraq bunun tətbiqinə çalışıram. Milli qəhrəmanımızın ruhu qarşında bas əyirəm. Mahnını yayımladıqları üçün “TERT” Tv-nin əməkdaşlarına və rəhbərliyinə təşəkkür edirəm”.

Qeyd edək ki, mahnının sözləri Baba Vəziroğluna məxsusdur. Mahnını azyaşlı ifaçı Mehdi Həsənov səsləndirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.