Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mübariz Qurbanlı: Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası heç bir fakta söykənmədən qərəzli mövqe sərgiləyib

Mübariz Qurbanlı: Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası heç bir fakta söykənmədən qərəzli mövqe sərgiləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin AZƏRTAC-a müsahibəsi

Bakı, 27 aprel, Vüqar Əliyev, AZƏRTAC

- Mübariz müəllim, bu yaxınlarda Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasının növbəti hesabatı dərc olunub. Həmin hesabatda Azərbaycandakı dini vəziyyəti tənqid edən bəzi iddialar yer alır. Məsələn, iddia olunur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların qeydiyyat müraciətlərinə baxmaqdan imtina edir. Hesabata görə, 2009-cu ildən qeydiyyat üçün müraciət etmiş bir çox icmalar hələ də Komitə tərəfindən ərizələrə baxılacağını gözləyir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.

- Bu iddianın heç bir əsası yoxdur. Yalnız bu faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən bugünədək 808 dini qurum qeydiyyatdan keçib. Onlardan konfessional baxımdan 777-si İslam, 31-i isə qeyri-İslam (xristian - 20; yəhudi - 8; krişna - 1; bəhai - 2) təmayüllüdür. Təkcə 2018-ci ildə 13 İslam və 3 qeyri-İslam dini icması dövlət qeydiyyatına alınıb. Azərbaycanda 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

Ümumiyyətlə, dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş dini qurumların sənədlərinə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində baxılır və sənədlər yalnız qanunvericiliyə uyğun qaydada hazırlanmadığı təqdirdə qeydiyyatdan imtina edilir. 2009-cu ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınması ilə bağlı heç bir sənəd və ya müraciət, o cümlədən heç bir dini qurumun müraciəti cavabsız qalmayıb.

- Hesabatdan elə təəssürat oyanır ki, ölkədə protestantların vəziyyəti olduqca acınacaqlıdır, fəaliyyətlərinə məhdudiyyətlər yaradılır və onların heç bir dini icması qeydiyyata alınmayıb. Eyni iddia “Yehovanın Şahidləri” dini icması ilə də bağlıdır. Bu, həqiqətənmi belədir?

- Təəssüf ki, Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası məsələni araşdırmadan, heç bir fakta əsaslanmadan illərlə bu əsassız iddianı ortaya atır. Belə ki, 2009-cu ildən bəri DQİDK-da doqquz protestant təmayüllü dini icma dövlət qeydiyyatına alınıb. Yenidən dövlət qeydiyyatına alınmış dini qurumlardan birisi baptist, ikisi adventist, üçü isə əllinciliyin bir istiqaməti sayılan xarizmat dini icmasıdır.

Respublikamızda hər hansı protestant dini icmasına dini mənsubiyyətinə görə məhdudiyyət tətbiq olunmayıb. Əksinə, fərqli protestant dini icmalar dua evlərində tam sərbəst şəkildə öz dini ayinlərini icra edir, dini bayramlarını keçirirlər. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Bakı şəhərinin ən gözəgəlimli yerində yerləşən “Xilaskar” yevangelik-lüteran kilsəsində üç protestant dini icması bazar günü ayinlərini yerinə yetirir və dini bayramlarını təmtəraqlı şəkildə qeyd edir. Eyni zamanda, qeydiyyata alınmış protestant dini icmalarına dövlət tərəfindən maliyyə yardımı ayrılır. Adventist və babtistlərin dua evləri illik müəyyən limit daxilində pulsuz təbii qazla təmin olunur.

“Yehovanın Şahidləri” dini icmasına gəlincə, 2002-ci ildə DQİDK-da dövlət qeydiyyatına alınan bu icmanın qeydiyyatı hüquqi qüvvəsini saxlayır və onun fəaliyyəti legitim xarakter daşıyır. Eyni zamanda, “Yehovanın Şahidləri” dini icması mütəmadi olaraq DQİDK-ya dini ədəbiyyatların idxalı ilə bağlı rəsmi müraciət edir. O zaman belə bir sual yaranır: rəsmi statusu olmayan dini icma möhürü ilə təsdiqlədiyi məktubları hansı hüquqi əsaslarla Dövlət Komitəsinə göndərir? Müqayisə üçün deyim ki, təkcə 2017-ci il ərzində 601 adda (765 151 ədəd) dini təyinatlı ədəbiyyatın nəşri məqsədəuyğun hesab edilib. Bunlardan 359 adda dini ədəbiyyat məhz “Yehovanın Şahidləri” dini icmasına məxsusdur. Göründüyü kimi, “Yehovanın Şahidləri” dini icmasının bu gün ölkəyə idxal etdiyi kitabların sayı müsəlman dini icmalarının kitablarının sayından dəfələrlə çoxdur. Bu fakt isə bir daha onu göstərir ki, bu dini icmanın üzvlərinin ölkəmizdə sıxışdırılması ilə bağlı iddialar reallığı əks etdirmir.

Hesabatda iddia olunan fikirlərin əksinə olaraq, qanunla nəzərdə tutulmuş qaydada onların fəaliyyəti üçün tam şərait yaradılır. Məsələn, “Yehovanın Şahidləri” üçün mühüm dini bayram sayılan İsa Məsihin anım gününün qeyd olunması, eyni zamanda, bu dini icma tərəfindən mütəmadi olaraq regional yığıncaqların keçirilməsi üçün DQİDK tərəfindən lazımi şərait yaradılıb və hüquq mühafizə orqanları onların təhlükəsizliyini təmin edib. Bununla bağlı həmin dini icma DQİDK-ya təşəkkür məktubu göndərib.

- İddia olunur ki, müsəlmanlar digər inanclara şamil olunmayan əlavə dini məhdudiyyətlərlə qarşılaşırlar. Hüquq mühafizə orqanları 2008-ci ildən bəri məscidlərdən kənarda ibadətetmə qadağasını tətbiq edir. Həmçinin guya Azərbaycanın şimalında yaşayan bir çox etnik azərbaycanlı olmayan sünni müsəlmanların və ənənəvi şiə ibadət tərzinə uyğun olmayan şiə müsəlmanların dövlət qurumları tərəfindən daha sərt nəzarətlə üzləşdiyi haqqında fikirlər irəli sürülür. Sizcə, bu məsələ nə dərəcədə həqiqətə uyğundur?

- Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununun 21-ci maddəsində göstərilir ki, ibadətlər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məxsus ərazidə maneəsiz keçirilir. Göründüyü kimi, qanunvericiliyimizdə məscidlərin həyətində namaz qılınması ilə bağlı hansısa qadağa yoxdur. Lakin bu məsələnin hər bir məsciddə mövcud vəziyyət nəzərə alınaraq tənzimlənməsi hüququ həmin məscidlərdə fəaliyyət göstərən dini icmalara aiddir. Əgər hansısa məscidin həyətində, yaxud kənarında namaz qılınması ictimai təhlükəsizlik, eyni zamanda, insanların hərəkəti üçün maneə törədirsə, təbii ki, məsciddəki icma özü bunu tənzimləyir.

Hesabatın yanlış tərəflərindən biri də dövlət qurumlarının bu və ya digər şəxslərə, yaxud qruplara qarşı həyata keçirdiyi tədbirlərin onların etiqadı ilə əlaqələndirilməsi və bunu süni şəkildə dini inanca təzyiq kimi qələmə verilməsidir. Bu, tamamilə qərəzli mövqedir. Əslində, Azərbaycanda heç kim əqidəsinə və etiqadına görə sıxışdırılmır. Əgər qanuna görə məsuliyyətə cəlb olunan, yaxud barəsində inzibati tədbir görülmüş şəxslər arasında hər hansı dini cərəyanın mənsubu varsa, bu, onların əqidəsindən deyil, qanunazidd əməllərindən qaynaqlanır. Dolayısı ilə dövlət üçün vətəndaşın hansı əqidədə olması əsas deyil, qanunlara riayət edib-etməməsi məsələsi əhəmiyyət daşıyır.

- Belə bir fikir yaratmağa çalışırlar ki, guya Azərbaycanda “ənənəvi” və “qeyri-ənənəvi” dini icmalar arasında fərq qoyulur və “qeyri-ənənəvi” dini icmaların fəaliyyətinə, qeydiyyat məsələsinə süni maneçilik törədilir.

- DQİDK-da dövlət qeydiyyatına alınmış protestant dini icmaların ölkəmizdəki fəaliyyət tarixinə nəzər yetirsək görərik ki, onlardan bir çoxunun respublikamızdakı tarixi ötən əsrin 90-cı illərindən başlayıb. Hətta 2018-ci il aprelin 9-da dövlət qeydiyyatına alınmış xarizmat təmayüllü “Vineyard Azərbaycan” xristian dini icması cəmi səkkiz ildir fəaliyyət göstərir. Bu isə bir daha göstərir ki, dini icmaların qeydiyyata alınması, onlara hüquqi münasibətin göstərilməsi məsələsində dini qurumların ölkəmizdəki tarixi ənənələri və kökləri deyil, vicdan və etiqad azadlığı prinsipi nəzərə alınır.

- Sənəddə qeyd edilir ki, hökumət guya çoxlu sayda dini fəalı həbs edib. “Azərbaycanda Siyasi Məhbusların Müdafiəsi Mərkəzi” və “Azərbaycanda Siyasi Məhbusların Siyahısı” adlı qeyri-hökumət təşkilatlarının hazırladıqları məhbusların siyahılarına əsaslanan hesabatda bildirilir ki, 2017-ci ilin ikinci yarısı üçün olan məhbusların siyahısına əsasən, 90-100 şəxs dini etiqadına görə həbs olunub.

- Təəssüf ki, hesabatda “dini etiqadına görə” həbs olunmuş şəxslərlə bağlı statistika verilərkən, bu rəqəmlərin hansı faktlara və məlumatlara istinad edildiyi göstərilməyib, yalnız mücərrəd şəkildə ümumi rəqəm səsləndirilib. Yəni, hesabatda əks olunan statistika təxminlərə, fərziyyələrə əsaslanıb, beləliklə, obyektiv meyara riayət olunmayıb. Bununla yanaşı, statistik göstəricilərin hansı mənbədən götürüldüyü şübhəlidir. Digər tərəfdən, cinayət törətmiş şəxslərin öz əməllərini ört-basdır etmək və həbs olunmalarının səbəbi kimi dini inanc və etiqadlarını bəhanə gətirmələri absurddur. Ümumiyyətlə qeyd edək ki, istər dindar, istər qeyri-dindar olsun, vətəndaşlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə heç bir maneə və ya təzyiq olunmur. Məsuliyyətə cəlb olunma halları yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qiymətləndirmək düzgün deyildir. Təbii ki, hər bir hüquq pozuntusu müvafiq hüquqi məsuliyyətə səbəb olur və qanunu pozan şəxsin cəzalandırılması labüddür. Törədilmiş hüquq pozuntusu faktı isə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilir.

- Bakının Yasamal rayonunda yerləşən Hacı Cavad məscidinin sökülməsi tənqid olunur.

- Bu iddia da əsassızdır. Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə 2017-ci il iyulun 2-də Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə başlanıldı. Dövlətimizin başçısı məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayır və görülən işlərlə bağlı müvafiq tapşırıqlar verirdi. Beləliklə, bu il aprel ayının 12-də Hacı Cavad məscidinin yeni binası dindarların istifadəsinə verildi. Açılışda Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva iştirak ediblər.

Bu hadisə Hacı Cavad məscidinin dini icmasının nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və onlar dövlətimizin başçısına dindarlara göstərdiyi qayğıya, inşa olunan yeni məscid binasına, o cümlədən dini ayinlərin icrası üçün yaradılmış yüksək şəraitə görə minnətdarlıqlarını bildirdilər.

- Dini ədəbiyyatla bağlı məsələlərin tənzimlənməsinə müdaxilə edildiyi barədə iddialar irəli sürülür. Dini ədəbiyyatla bağlı proses necə aparılır?

- Azərbaycan Respublikasının qanunvericiliyində hüquq mühafizə orqanlarına dini ədəbiyyatların tənzimlənməsi səlahiyyəti verilməyib. Hüquq mühafizə orqanları yalnız dini ədəbiyyatın qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilməsində iştirak edir. Dini ədəbiyyatın məzmununun zərərliliyinin yoxlanılmasını və onların nəşr, yaxud idxal edilməsinə razılığın verilməsini DQİDK həyata keçirir.

- Hesabatda yer alan iddialara Dövlət Komitəsi tərəfindən rəsmi cavab veriləcəkmi?

- Hazırda hesabatın təhlili üzərində iş aparılır. İddia olunan bütün məsələlərə ətraflı şəkildə cavab hazırlanır. Sənəd üzərində iş başa çatandan sonra Dövlət Komitəsinin rəyi Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasına təqdim ediləcək. Hazırda Azərbaycan Respublikasında dini durum sabitdir, ölkədə dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfrans və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühiti hökm sürür.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı milli mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına hər zaman xüsusi diqqət ayırır. Onun sərəncamları ilə son illər tarixi dini abidələr, ziyarətgahlar bərpa edilib, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilib. Mütəmadi olaraq hər il dövlət başçımız tərəfindən dini konfessiayalara maliyyə yardımı ayrılır. Həmin vəsait hesabına ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işi daha da gücləndirilir, dini icmalar tərəfindən müxtəlif layihələr həyata keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli”, onun məntiqi davamı kimi ötən ili “İslam Həmrəyliyi İli” elan etməsi millətindən və dinindən asılı olmayaraq bütün bəşəriyyətə həmrəylik, sülh və dialoq çağırışıdır. Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tətbiq olunmasıdır. Ümummilli Lider tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu mükəmməl model sayəsində milli mənəvi dəyərlərə qayıdışın əsası qoyulub, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilir, ölkədə etiqad, inanc azadlığı tam təmin edilir.

Beləliklə, dini zəmində ixtilafların, qarşıdurmaların, toqquşmaların kəskinləşdiyi, terrorizm, dini radikalizm kimi mənfi meyillərin artdığı bir dövrdə Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin edilməsi, ölkə vətəndaşlarının dinc və əmin-amanlıq şəraitində yaşaması, dövlətimizin multikultural və tolerant dəyərlərin qorunub saxlanılmasına verdiyi dəstək digər ölkələr üçün nümunədir.

Sonda təəssüf hissi ilə qeyd etməliyəm ki, dünyada dini durumu təhlil etmək yükünü üzərinə götürmüş Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası builki hesabatında da adi tarixi faktları saxtalaşdırıb, məsələni araşdırmadan, heç bir fakta söykənmədən tamamilə qərəzli mövqe sərgiləyib. Sözügedən Komissiya illərdir bu əsassız iddiaları ortaya atır, yoxlanılmamış məlumatları hər il təkrarlamaqda davam edir və biz illərlə bu iddianın əsassız olduğuna dair faktlar gətirməyə məcbur qalırıq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gələcəkdə bu sahədə hazırlanan hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasını və digər müvafiq qurumları əməkdaşlığa dəvət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq Olimpiya Komitəsinin tibbi eksperti Azərbaycan İdman Akademiyasında təlim keçib

Şimal-qərb bölgəsi üzrə təhsil müəssisələrindəki vakant vəzifələrə 610 namizəd imtahan verib

Azərbaycan cüdoçuları Bakıdakı “Böyük Dəbilqə” turnirini 5 medalla başa vurublar

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib

“Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan və Efiopiyanın İnvestisiya Holdinqləri arasında Anlaşma Memorandumu imzalanıb

Naxçıvanlı atlet Namiq Babayevdən ardıcıl 3-cü qızıl medal

Azərbaycan Misirin Britaniya Universitetində Mədəniyyət günündə təmsil olunub

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

Bakıda “7-ci ANİMAFİLM Festivalı: Böyük Britaniyadan sevgilərlə” adlı tədbir təşkil edilib

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

DİM: Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğur qazanıb

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

Türkiyənin Gümüşhane əyalətində ermənilər tərəfindən qətlə yetirilmiş Hüsnü Səlcukun xatirəsi yad edilib

Gənc musiqiçi Olli 75-ci “Sanremo” festivalının qalibi olub

Baş Prokurorluq və DİN Saatlıda ölümlə nəticələnən hadisə ilə bağlı birgə məlumat yayıb YENİLƏNİB VİDEO

Suverenliyimiz gələcək nəsillərə mənəvi mirasımızdır ŞƏRH

“Zaur Ustacın poetik dünyası” adlı yeni kitab işıq üzü görüb

“Sehrbazlar dərəsi” tamaşasının premyerası olub

Londonda çalışan çörək texnoloqu: Getdiyim hər ölkəyə Azərbaycan unu aparıram MÜSAHİBƏ VİDEO

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB-2 VİDEO

Bakının Azadlıq prospektində nəqliyyatın hərəkəti bərpa edilib YENİLƏNİB

Sabah hava əsasən yağmursuz keçəcək

Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində reyslər əvvəlki kimi həyata keçirilir YENİLƏNİB

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda Forum təşkil olunub

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

Dünya Kubokunda iştirak edəcək idman gimnastlarımız bəlli olub

Metronun “Koroğlu” stansiyası istiqamətində avtomobillərin hərəkətində sıxlıq yaranıb

Naxçıvanda DYPİ hava şəraiti ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Misli Premyer Liqası: "Neftçi" doğma meydanda "Qarabağ"ı qəbul edəcək

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb

Azərbaycan cüdoçuları Avropa Kubokuna 6 medalla başlayıblar

İtaliyalı tennisçi Yannik Sinner üç aylıq diskvalifikasiya edilib

Bu gün Bakıdakı “Böyük Dəbilqə” turnirinə yekun vurulacaq

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib

Azərbaycan Tehranda sərbəst güləş üzrə Dünya Kubokunda təmsil olunacaq

Dövlət qulluğu vəzifələri üzrə imtahanlar keçirilir

DİM: 215 nəfərin xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəyi nəzərdə tutulur

Bu gün 22 minə yaxın bakalavrın magistraturaya qəbul imtahanı verəcəyi gözlənilir

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib

Batut və tamblinq gimnastikası üzrə ölkə çempionatı, Bakı birinciliyi keçirilib

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb

Rubio və Lavrov arasında telefon danışığı olub

Ceyhun Bayramov rumıniyalı həmkarı ilə Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini müzakirə edib

Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Azərbaycanla Moldova arsında ikitərəfli əməkdaşlığın gündəliyi müzakirə edilib

Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

İngiltərə Premyer Liqası: “Arsenal”dan səfər, “Mançester Siti”dən ev qələbəsi

Ceyhun Bayramov türkiyəli həmkarını Azərbaycan–Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb

Bundesliqa: “Bayer Leverkuzen” - “Bavariya” oyununda hesab açılmayıb

“Təbiətin səssiz musiqisi” adlı fotosərgi keçirilib

Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Türkiyə Superliqası: “Beşiktaş” “Trabzonspor”u məğlub edib

Zaqatalada ikiotaqlı ev yanıb

Misli Premyer Liqası: “Zirə” inamlı qələbə qazanıb

Baş direktor: Qahirədəki İslam İncəsənəti Muzeyi Azərbaycan muzeyləri ilə əməkdaşlıqda maraqlıdır

İsveçin Uppsala şəhərində yüzdən çox avtomobil toqquşub

Azərbaycanın ən güclü şahmatçıları müəyyənləşib

Şəkidə baş verən yol qəzasında ölən və yaralananların adları açıqlanıb - YENİLƏNİB

Ağstafada 4 nəfər dəm qazından zəhərlənib VİDEO

Nazir müavini: Orta Dəhlizin ötürücülük qabiliyyəti 48 milyon tona çatdırılacaq

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi müzakirə edilib

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Nazir Ceyhun Bayramov litvalı həmkarı ilə görüşüb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın stolüstü tennisçiləri Türkiyədəki turniri 3 medalla başa vurublar

Azərbaycan atleti Balkan çempionatının qalibi olub

“Caspian Policy Center”: Azərbaycan Avropaya etibarlı və sabit təbii qazın əsas tədarükçülərindən biridir – MÜSAHİBƏ

"Böyük Dəbilqə": Azərbaycanın iki cüdoçusu qızıl medal görüşünə çıxacaq

Egey dənizində artan seysmik dalğalanma səbəbilə Yunanıstanın dörd adasında fövqəladə vəziyyət elan edilib

Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib

® “Qadın Dəstək Xətti” 2024-cü il üzrə hesabatını açıqlayır

Tarixi Zəfərimiz 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi - ŞƏRH

İtaliyanın Baş naziri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub

TÜRKSOY Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş tədbirlərə start verəcək

NİİM: Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyatın sıxlığı yaranıb

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

Olaf Şolts: Demokratiyamıza və seçkilərimizə hər hansı müdaxiləni qəbul etməyəcəyik

Nərimanov rayonunda beşmərtəbəli binada baş vermiş yanğın qısa müddətdə söndürülüb VİDEO

“Tariximizin işığında - Qərbi Azərbaycanın izi ilə” layihəsinə başlanılıb

Naxçıvanda XI siniflər üçün növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib

Şəmkir sakinlərindən odlu silah və narkotik vasitələr aşkarlanıb VİDEO

Barəsində hökm çıxarılan Türkiyənin Van bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

Somali işğal dövründə də İƏT çərçivəsində Azərbaycanı hər zaman dəstəkləyib - ŞƏRH

Şahbuz rayonunda humanitar tibbi aksiya keçirilib

Akademiyanın bir qrup tələbəsi və əməkdaşı “Erasmus+” proqramında iştirak edəcək

Serbiya Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandar Vuçiçə

İqdır liseylərində Xocalı soyqırımı mövzusunda müsabiqə elan olunub

Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyi görüş keçirib

Femida Könüllülərinin I Ümumrespublika Forumu keçirilib VİDEO

BMT: Hər il 400 minə yaxın uşaq və yeniyetmə xərçəng xəstəliyinə tutulur

“Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Yol polisi dağlıq rayonlarda yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət edib

9 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunacaq