Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Mübariz Tağıyev: Uşaqlığım, gəncliyim İrəvanda qalıb

O yerləri bir də görəcəyimə böyük ümidim var

Bakı, 31 yanvar, Abdulla Suvar, AZƏRTAC

Bu gün Xalq artisti Mübariz Tağıyev doğum gününü qeyd edir. İrəvan şəhərində doğulan, Axundov adına məktəbdə orta təhsil alan Mübariz müəllimin 75 yaşı tamam olur. O, ötən illəri bir də xəyal süzgəcindən keçirib, yaşanmış günləri yada salıb. Ad günü ərəfəsində öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən müğənni deyib:

- Yaşa dolduqca, həmişə doğulduğun, ilk dəfə dünyanı dərk etməyə başladığın, ilk sevgini tapdığın yerlərə can atırsan. Doğma yerlər həmişə səni özünə çəkir. Aradan nə qədər illər keçsə də, yenə həmin yerlərə getmək, uşaqlıq xatirələrini təkrar yaşamaq istəyirsən. Təəssüf ki, bu, mənim üçün mümkün deyil. Çünki mən Azərbaycanın qədim şəhərlərindən olan İrəvanda doğulub boya-başa çatmışam. Evimiz şəhərin düz ortasında yerləşən azərbaycanlılar məhəlləsində, hamının tanıdığı məşhur Gedərçay deyilən yerdə idi. İndiki kimi xatırlayıram, məhəlləmizdə iki müsəlman məscidi var idi. Tez-tez məhəlləmizin sakinləri dini mərasim və ayinləri icra etmək üçün ora yığışar, dərd-sərlərini bölüşərdilər. Uşaq vaxtı nənəmin məni tez-tez ora aparmağı yaddaşımda ən əziz xatirə kimi yaşayır. İndi nə o məscidlər qalıb, nə məhəlləmiz, nə də ki, orada bir azərbaycanlı. Mənə qalan yalnız o yerlərlə əlaqədar heç vaxt unudulmayan xatirələrdir...

Orta məktəbin V-VI siniflərində oxuyanda idmanla məşğul olurdum, üzgüçülük sahəsində uğurlarım da vardı. O illərdə Nizami İsmayılov, mən və Eldar İsmayılovdan ibarət özfəaliyyət kollektivimiz vardı, tədbirlərdə iştirak edərdik, sözün düzü, çıxışlarımız heç də pis qarşılanmırdı.

- O vaxtlar azərbaycanlılara qarşı münasibət necə idi? Yaddaşınızda hansı hadisələr iz salıb?

- Məktəbimiz İrəvandakı stadionun yanında idi. “Neftçi” və “Ararat” komandaları oynayanda şəhərdəki azərbaycanlı uşaqlarla yığışıb azarkeşlik edərdik. Biz çox az idik və sevimli komandamızın qələbəsinə sevinəndə ermənilər bizə çox nifrətlə baxırdılar. Bir dəfə hətta dava da düşdü... Yadımdadır, hələ o dövrdə biz oxuyan məktəbi iki dəfə yandırdılar. Çox şeylər olub, adam bilmir hansını xatırlasın...

-Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdə “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”, - dedi. Həmin tarixi görüşü izlədikdən sonra bir Qərbi azərbaycanlı kimi sizdə hansı hisslər yarandı?

- Həmin görüşü böyük qürur və sevinc hissi ilə izlədim. Prezident İlham Əliyevin dediyi: “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” sözlərini bir daha xatırladım. Deməli, məqam, zaman indi yetişib. Görüşdən sonra az bir vaxtda hazırlanaraq təsdiqlənən Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə də tanış oldum. İnamım birə-beş artıb, o yerləri bir də görəcəyimə böyük ümidim var.

-Uzun illər Ermənistan dövlət orkestrində solist kimi fəaliyyət göstərmisiniz və təzyiqlərlə üzləşmisizniz...

-Orta məktəbi bitirdikdən sonra İrəvan Pedaqoji İnstitutuna daxil oldum. Üçüncü kursda oxuyanda Ermənistanda gənc istedadların musiqi müsabiqəsi keçirildi. Müsabiqənin sədri əslən Bakıdan olan, Ermənistanın estrada orkestrinin rəhbəri Konstantin Orbelyan idi. Açığını deyim ki, erməni dilini mükəmməl bilirdim, onların mahnılarını özlərindən yaxşı oxuyurdum. Müsabiqədə qalib gəldim. İndi münsiflər və təşkilatçılar bilmirdilər ki, azərbaycanlı gənci necə müsabiqənin qalibi elan etsinlər. Odur ki, müsabiqənin birinci mükafatını iki nəfərə-erməni qıza və mənə verdilər. Qəribəsi isə o idi ki, müsabiqəni geniş işıqlandıran “Sovet Ermənistanı” qəzeti birinci yerin qalibinin erməni müğənni olduğunu yazmışdı, mənim adımı da çəkməmişdi. Bax, erməni xisləti belədir.

-Sizi Bakıya üz tutmağa vadar edən nə oldu?

-1970-ci illərin əvvəllərindən başlayaraq, ermənilərdə şovinizm hisslərinin gücləndiyini hiss edirdik. Bir dəfə estrada orkestri ilə qatı erməni daşnaqlarının yaşadığı Abovyan şəhərində konsert proqramı ilə çıxışımız oldu. Hamımıza tanış olan Kərkük bayatılarını oxuyurdum. Birdən konsertin şirin yerində, zalın ortasından bir erməni qalxıb qışqırdı: “Heç türkün yeridir bura? Bu mahnını niyə oxuyursan?”. Orkestrin rəhbəri başı ilə mənə fikir verməməyi işarə etdi. İfamı bitirib səhnəni tərk etdim. Amma ürəyimə artıq xal düşmüşdü. Öz-özümə dedim, demək bizimki bura qədərmiş. 1972-ci ildə əsgər getdim əvvəl Tiflisdə, Zaqafqaziya Hərbi Donanmasında, daha sonra isə Həştərxan vilayətində xidmət keçdim. Xidmət müddətində də hərbi orkestrdə solist kimi çıxış edirdim. Kollektivimiz konsert proqramı ilə  keçmiş ittifaqın bütün respublikalarında qastrol səfərlərində olmuşdu. Bir gün xəbər tutdum ki, qarnizon dəyib bir-birinə, general məni axtarır. Sən demə, hərbi hissəyə korifey sənətçimiz Rəşid Behbudovun imzası ilə məktub daxil olub və o məni Bakıya öz kollektivinə dəvət edir. Həmin dəvətdən sonra Bakıya gəldim və bir də İrəvana-mənə doğma olan o yerlərə qayıda bilmədim.

Bakıya gələndən sonra Rəşid müəllimin ansamblında çıxış etməyə başladım. Onunla işləmək mənim üçün əsl xoşbəxtlik idi. İlk vaxtlarda Rəşid müəllim mənə çox kömək etdi, repertuar seçimində heç bir problem olmadı. Deyirdi ki, çalış öz yolunu tap. Bura gələnlər, adətən məni yamsılamaq istəyirlər ki, xoşuma gəlsinlər. Sən isə özün kimi oxu, sənətdə özünü axtar tap. 15 il birlikdə çalışdıq. Demək olar ki, dünyanın əksər ölkələrində konsertlər verdik, elə ölkələr var idi ki, 10-12 dəfə təkrar qastrol səfərində olduq.

-Ailə mənşəyiniz haqqında da öyrənmək maraqlı olardı...

- Mən ziyalı ailəsində anadan olmuşam. Elə bu sənətə gəlməyimin də səbəbi yəqin ki, gendən irəli gəlir. Babam aşıq Muxtar 1900-cu illərdə İrəvanın məşhur aşıqlarından olub. Atam Hüseyn kişini isə Göyçə mahalında adla çağırardılar-mahir kamança ustası idi. Anam uzun illər İrəvanda radioda redaktor vəzifəsində çalışıb. Orada Azərbaycan dilində 1 saatlıq efir vaxtı ayırmışdılar. Sonralar “Sovet Ermənistanı” qəzetində və Ali Sovetdə şöbə müdiri vəzifələrində çalışıb. Harada yaşamağımızdan, hansı sənət sahibi olmağımızdan asılı olmayaraq daim Azərbaycanı düşünmüşük, ölkəmizə, vətənimizə xidmət etməyə çalışmışıq.

- Rok ifaçısı kimi sənətə gəldiniz və estrada müğənnisi kimi məşhurlaşdınız. Necə oldu ki, sizin yaradıcılığınızda janr dəyişikliyi baş verdi?

- Mən imic dəyişmədim, sadəcə elə bir dövrə gəldik ki, şəhidlər, yaralılar, Qarabağda baş verənlər mənim də yaradıcılığıma təsirsiz ötüşmədi. Repertuarımda vətənpərvərlik mahnılarına daha çox üstünlük verdim. Həmin mahnılar lirik olsa da, onlarda çağırış əhval-ruhiyyəsi var. O illərdən başlayaraq Faiq Sücəddinov, Eldar Mansurov, Mobil Babayev, İlham Abdullayev və bir çox bəstəkarlar mahnılarını birbaşa mənə göndərir və mən həmin mahnılarla tez-tez cəbhə bölgəsində əsgərlər qarşısında çıxışlar edirdim. Həmin dövrdə bir-birindən gözəl vətənpərvərlik mahnıları yazıldı və mən də bir ifaçı kimi onları əsgərlərə çatdırmağa çalışdım.

Doğrudur, rok qrupların yarandığı vaxtda mən də bu üslubu mənimsəmişdim. Rok musiqisində bir sərtlik var və bir az da siyasətlə bağlıdır. Bu, mənim ruhuma yaxın olsa da, sonradan özümü estrada janrında tapdım.

- Mübariz müəllim, bu gün yazılan mahnıların ömrü niyə belə qısa olur və niyə ötən əsrin nəğmələri qəlbə daha çox yatır, yaddaşlarda yaşayır?

- Sovet vaxtı bədii şuradan keçməyən mahnı nəinki televiziya efirinə, heç konsert proqramına da daxil edilə bilməzdi. Bu gün efirdən elə mahnılar eşidirsən ki, adam lap xəcalət çəkir. Bəzən elə olur ki, heç bir akkordu yerində olmayan mahnını efirə verirlər. Elə müğənnilər var ki, onlar hələ də bilmirlər ki, hansı janrda oxuyurlar. Biri çıxıb bu gün səhnədə rok musiqisi oxuyur, səhəri gün başqa bir janrda. Hər müğənninin öz janrı olmalıdır. Dinləyici bilməlidir ki, bu müğənni hansı janrda mahnı oxuyur. Bütün bunlar ondan irəli gəlir ki, bizdə şou-biznes mərkəzi yoxdur. Bu sahə tam nəzarətsizdir. Görün indi nə vəziyyət yaranıb ki, biri durub gəlir televiziyaya, musiqisi də, sözləri də özünə aid olan yeni mahnı yazdığını deyir. Baxırsan ki, üç not üzərində yazılan bəsit bir mahnıdır-heç sözləri də yerində deyil. Musiqini bu günə salmaq olmaz axı?

- Bu gün yazılan vətənpərvərlik mahnıları sizi qane edir?

-Bu gün vətənpərvərlik mahnıları yazılır, sözün düzü az da deyil. Bir dəfə mən ifaçılara müraciət etdim ki, repertuarınızda vətənpərvərlik mahnılarına yer verin. Sağ olsunlar ondan sonra bu sahədə işlər xeyli sürətləndi və nəticədə çoxlu vətənpərvərlik nümunələri yarandı.

- Milli estradamızın səviyyəsindən razısınızmı? Sizcə çatışmayan nədir?

-Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Mirzə Babayev kimi sənətkarlar bir yol qoyub gediblər və onların yaratdıqları, oxuduqları əsərlər bu gün də sevilir. Bunun kökündə, mayasında peşəkarlıq, sənətə sevgi, millətə bağlılıq durur. Düzdü, indi də bəzən bu sahədə yaxşı əsərlər yaranır. Amma bəzilərinin nə yazdığı, nə oxuduğu bilinmir.

Məni narahat edən məsələ həm də odur ki, estrada musiqisinə əsasən gənc nəsil qulaq asır, artıq onlarda zövqlərin aşılanması prosesi gedir. Efirə mütləq nəzarət olmalıdır.

- Qərbi Azərbaycana, doğma yerlərə ayaq bassanız üz tutacağınız ilk məkan hara olardı?

- Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşündən sonra o yerləri yenidən görəcəyimə inamım birə -beş artıb. Sözsüz ki, ilk olaraq doğulub, böyüdüyüm yerlərə baş çəkəcəm, nə qədər dəyişikliyə məruz qalsa da həmin ünvanlar mənim yaddaşıma necə var elə də həkk olub. Uşaqlığım, gəncliyim İrəvanda qalıb. Bircə arzum var ki, təki o günlər tez gəlsin və mənim uzun illər gördüyüm yuxular gerçəyə çevrilsin...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır