SİYASƏT


Müdafiə Nazirliyi Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə bağlı maraqlı paylaşım edib

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı şəhərinın azad olunmasının 102-ci ildönümü münasibətilə sosial media hesablarında maraqlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada qardaş Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin möhtəşəm birgə hərbi təlimlərindən çəkilən fotoşəkil nümayiş etdirilib. Təlimlərin əhəmiyyəti ilə yanaşı, qardaşlıq əlaqələrimizin qüdrətini də qabarıq şəkildə nümayiş etdirən infoqrafikada “15 sentyabr – Bakı şəhərinin azad edildiyi gündür!” və “Qardaş-qardaşa arxa durarsa önündə dayanmaz düşmən!” ifadələri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.