SİYASƏT


Müdafiə Nazirliyi Laçın rayonunun Qalaça kəndinin videogörüntülərini yayıb VİDEO

Bakı, 21 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Qalaça kəndinin videogörüntülərini yayıb.

AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Minkənd çayının sahilində, dağətəyi düzənlikdə yerləşən Qalaça kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.