SİYASƏT


Müdafiə Nazirliyinin dəstəyi ilə Qəbələ şəhərində anım tədbiri keçirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyinin dəstəyi və “Əsgərə xatirə kitabı” layihəsinin təşkilatçılığı ilə Qəbələdə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəhid ailələrinin, qazilərin, rayon icra hakimiyyəti nümayəndələrinin və ictimaiyyətin iştirakı ilə keçirilən tədbir Şəhidlər xiyabanının ziyarət olunması ilə başlayıb.

Əvvəlcə ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub, Dövlət Himni ifa olunub.

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və döyüşlərdə yaralanmış qazilərlə görüş keçirilib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə keçirilən "Dəmir yumruq" əməliyyatı nəticəsində rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, xalqımızın qələbədə rolu, şəhidlərin və döyüş iştirakçılarının igidlik, qəhrəmanlıq nümunələri haqqında ətraflı söz açılıb, şəhidlərimizin xatirəsinin əbədi yaşayacağı qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.