SİYASƏT


Müdafiə naziri: Azərbaycan Ordusunun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib

Bakı, 18 iyun, Məhərrəm Əlioğlu, AZƏRTAC 

Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ordumuzun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusunun helikopterləri uzaq məsafədən hədəfləri dəqiq vurmağa qadirdir.

Z.Həsənov qeyd edib ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.