ELM VƏ TƏHSİL
Müəllimlər üçün onlayn kalkulyator xidməti yenilənib
Bakı, 7 fevral, AZƏRTAC
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqlarının hesablanması üçün onlayn kalkulyator xidmətində düzəlişlər edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllimlər bu qurumun internet saytının “Aktual keçidlər” bölməsindən “Onlayn kalkulyator” http://edu.gov.az/az/calc keçidini seçməklə artımdan sonra əməkhaqlarını hesablama imkanı əldə edə bilərlər. Bunun üçün “Onlayn kalkulyator” keçidinə daxil olaraq müvafiq məlumatlar qeyd edilməli və “hesabla” düyməsi seçilməlidir. Bu zaman hesablanmış əməkhaqqı ekranda əks olunacaq. Müəllimlər ödənilən əlavələr, əməkhaqqından tutulmalar barədə məlumatları “Hesablama” düyməsindən aşağıda yerləşən cədvəl vasitəsilə əldə edə biləcəklər.