ELM VƏ TƏHSİL


Müəllimlərə kömək məqsədilə “Könüllü müsahib” adlı proqrama start verilir

Bakı, 25 iyun, AZƏRTAC

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi və “T-Network” platformasının tərəfdaşlığı ilə iyunun 28-dən etibarən “Könüllü müsahib” adlı proqrama start veriləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Könüllü müsahib”in məqsədi sertifikasiyanın müsahibə mərhələsində müəllimlərə dəstək olmaq və onları cəmiyyətə tanıtmaqdır. Proqram zamanı müsahibə götürənlər ümumi rəylərini də paylaşacaqlar. Hər proqramda bir neçə müəllim iştirak edəcək.

Proqram hər həftənin çərşənbə axşamı və cümə günü saat 20:00-da “T-Network”un feysbuk səhifəsində canlı yayımlanacaq.

“Könüllü müsahib” olmaq istəyənlər “T-Network” platforması ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.