ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başa çatır

Bakı, 17 iyun, AZƏRTAC

Bu gün saat 23:59-da müəllimlərin işə qəbulu müsabiqəsində və sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başa çatır.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunacaq sınaq imtahanlarının 2-ci sessiyası ibtidai təhsil (21 iyun saat 16:00), riyaziyyat (22 iyun saat 16:00), Azərbaycan dili və ədəbiyyat (22 iyun saat 16:00), ingilis dili (23 iyun saat 16:00), tarix (23 iyun saat 16:00), fizika (24 iyun saat 16:00), biologiya (24 iyun saat 16:00), coğrafiya (25 iyun saat 16:00), informatika (25 iyun saat 16:00) və kimya (25 iyun saat 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: https://ttm.edu.az/ 

Qeyd edək ki, sınaq imtahanlarının 1-ci sessiyasında qeydiyyatdan keçən və ödəniş edən şəxslərə 2-ci sessiyada ödənişsiz iştirak hüququ verilir.

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallar üçün 012 4305779 və 012 4309081 nömrələri ilə əlaqə saxlamaq olar. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir.

Qeydiyyat və texniki problemlərlə bağlı suallar üçün 070 8613972, 055 6561395, 050 6719319 nömrələri ilə əlaqə saxlamaq olar. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir.

Sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.