ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri açıqlanıb

Bakı, 14 sentyabr, AZƏRTAC

2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibələrdə iştirak etmiş namizədlərin şəxsi səhifələrinə bu barədə məlumat göndərilib. Müsahibə mərhələsində 219 namizəd uğur qazanaraq ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edib.

Namizədlər sentyabrın 16-sı saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər. Namizədlərdən sənədləri təqdim etdikdən sonra şəxsi səhifələrini yoxlayıb çıxarışın təsdiqləndiyindən əmin olmağı tələb olunur. Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələri sentyabrın 8-9-da keçirilib. Müsahibələr onlayn formatda təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.