İQTİSADİYYAT
Müəssisənin nizamnamə kapitalına pay şəklində əmlakın qoyulması ƏDV-dən azaddır
Bakı, 9 oktyabr, AZƏRTAC
Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalının artırılması məqsədilə pay şəklində hər hansı əmlakın qoyulması vergiyə cəlb olunurmu?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, idxal olunan əmlak istisna olmaqla, müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması ƏDV-dən azaddır. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsi sayılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]