MƏDƏNİYYƏT


Muğam Mərkəzində “Şərqdən Qərbə” adlı konsert proqramı maraqla qarşılanıb

Bakı, 22 oktyabr, AZƏRTAC

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov və xanəndə Gülnar Fərəcovanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində “Şərqdən Qərbə” adlı konsert proqramı təqdim olunub. Konsertdə muğam və təsniflərlə yanaşı, fransız musiqisi də səsləndirilib.

Bu barədə AZƏRTAC-a konsertin təşkilatçısı olan xanəndə Qoçaq Əsgərov məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Muğam Mərkəzi və Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə keçirilən konsertdə ifaçıları kamançada Elnur Mikayılov, tarda İbrahim Babayev, pianoda Vasif Hüseynzadə, davulda Yusif Əzizov, nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.

Bununla yanaşı, konsertdə fransalı musiqiçilər Julen Achiary, Nicolas Nageotte, Jordi Cassagne, Bastien Fontanille və Julie Lobatoda da çıxış ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.