İQTİSADİYYAT


Mülki aviasiya sahəsində çalışan bir qrup şəxs təltif olunub

Bakı, 3 iyun, AZƏRTAC

2 iyun – Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə ölkəmizin mülki aviasiyasının inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan bir qrup şəxs “Mülki aviasiya sahəsində xidmətlərinə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bununla əlaqədar nazir Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, “Aviation Services Group” MMC, “Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan Beynəlxalq Hava Limanı, “Mülki Aviasiyada Uçuşların Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyi” publik hüquqi şəxs, “Azərbaycan Hava Yolları” QSC, “Silk Vey Vest Aviaşirkəti” MMC, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi üzrə cəmi 12 nəfər təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.