Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mülklərini xalqının təhsilinə hədiyyə edən xeyriyyəçi kimdir? MÜSAHİBƏ

Qazax, 21 fevral, AZƏRTAC

Müəyyən tarixi dövrdə elə şəxsiyyətlər formalaşır ki, bu insanların əməlləri xalqın milli intibahında, millətin maariflənməsində mühüm rol oynayır. Belə insanlara misal olaraq, görkəmli ədəbiyyatşünas alim, publisist-yazıçı və tərcüməçi Firidun bəy Köçərlini və dövrünün tanınmış xeyriyyəçilərindən olmuş Hacı İsmayıl oğlu Məşədi İbrahimi göstərmək olar. Sadaladığımız şəxsiyyətlərdən Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə bələd olsaq da, Məşədi İbrahim haqqında kifayət qədər məlumata sahib deyilik.

Bəs bu tarixi şəxsiyyətləri nə birləşdirir, Məşədi İbrahim kimdir, onun hansı əməli yaşadığı dövrün insanlarının maariflənməsində, təhsil almasında mühüm rol oynamışdır? Bu suallara cavab tapmaq üçün 105 il əvvələ qayıtmalıyıq. İl 1918. Qori Müəllimlər Seminariyası bağlanır. Firidun bəy Köçərli həyat yoldaşı Badisəba xanımla birlikdə Qori şəhərindən Şuşaya yola düşməyə hazırlaşır. Məqsəd isə xalq üçün yeni təhsil ocağı yaratmaq və yüksəkixtisaslı pedaqoji kadrlar hazırlamaqdır. Günlərin birində Qoridən yola düşən qatar Ağstafa stansiyasında dayanır. Firidun bəy Köçərliyə bildirirlər ki, hazırda Qarabağa getmək qeyri-mümkündür. Çünki bolşevik-daşnak qüvvələri qatarları talan edir, insanları öldürürlər. Ona məsləhət görürlər ki, bir müddətlik Qazaxda qalsınlar, ara sakitləşdikdən sonra Qarabağa yola düşərlər. Firidun bəy Köçərli və həyat yoldaşı bu təklifi qəbul edirlər. Bir neçə müddətdən sonra Firidun bəy Köçərli qərara gəlir ki, seminariyanı məhz Qazaxda açsın. Lakin burada təhsil ocağını açmaq üçün nə bina, nə də yeni inşaat üçün maliyyə yox idi. Bu zaman mahalın sayılıb-seçilən bəylərindən olan Məşədi İbrahim Qazaxın mərkəzində yerləşən 17 otaqlı mülkünü Firidun bəy Köçərliyə hədiyyə edir. Bildirir ki, bu binada seminariya aça bilər. Özü isə ömrünün sonuna qədər Qazax mahalının Kosalar kəndindəki beşotaqlı evində yaşayır.

Gənc araşdırmaçı Kənan Nağıbəyli Qazaxın Kosalar kəndində Məşədi İbrahimin yenicə təmir olunmuş evində onun nəvəsi Şahbəddin Hacıyevlə həmsöhbət olub. AZƏRTAC Məşədi İbrahimin nəvəsi ilə müsahibəni təqdim edir.

- Salam Şahbəddin bəy, istərdim özünüzü təqdim edəsiniz.

- Salam, şairlər yurdu Qazaxa xoş gəlmisiniz. Mən Şahbəddin Hacıyev Nəsrəddin oğlu Məşədi İbrahimin oğul nəvəsiyəm. Hazırda Kosalar kəndində baba yurdumda yaşayıram.

- Şahbəddin bəy, Məşədi İbrahimin neçə övladı olub?

- Babam Məşədi İbrahimin 4 oğlu, 3 qızı olub. Müseyib, Nəsrəddin, Teymur və Ənvər oğlanlarıdır. Sovet hökuməti qurulandan sonra Teymur Sibirə sürgün olunmuşdu. Əmim Ənvər və atam Nəsrəddin isə Balakənə köçürülmüşdülər. Müseyib əmim isə 1931-ci ildə güllələnmişdir. Babam Məşədi İbrahimin bütün əmlakı müsadirə olunmuş, həmçinin bu ev də dövlət hesabına keçirilmişdi.

- Məşədi İbrahim Firidun bəy Köçərli ilə necə tanış olmuşdu?

- Babam təhsilə xüsusi önəm verirdi. Hətta öz evini seminariyaya bağışlayıb Kosalar kəndinə qayıtdıqdan sonra, buradakı evin də bir neçə otağını məktəbə vermişdi. O, övladlarının oxumasını çox istəyirdi. Bu məqsədlə oğlu Müseyibi 1914-cü ildə Qori Müəllimlər Seminariyasına aparıb. Orada Firidun bəy Köçərli ilə tanış olub. O qədər də oxumağa marağı olmayan Müseyib əmim il yarımdan sonra seminariyadan yarımçıq çıxıb Qazaxa qayıdır. Beləliklə, babam Firidun bəy Köçərli ilə Qori Müəllimlər Seminariyasında tanış olurlar.

- Babanızın xeyriyyəçilik fəaliyyəti haqqında atanız sizə nələri danışıb?

- Əvvəldə də qeyd etdiyim kimi, babam təhsilə, maarifə çox önəm verirdi. Əmim Müseyib ipə-sapa yatmayan dəliqanlı imiş. O, Qazaxa qayıdandan sonra mahalda neçə-neçə kasıb ailənin uşaqlarını Qori Müəllimlər Seminariyasına oxumağa göndərib. “Mənim oğlum oxumadı, siz oxuyun barı, siz də mənim övladlarımsınız” deyirmiş. Bundan başqa, hamının bildiyi kimi, Qazaxın mərkəzində öz mülkünü Firidun bəy Köçərliyə bağışlayıb, kənddə məscid tikdirib, torpaqlarını yeni ailə quran, ev tikmək istəyən gənclərə hədiyyə edibmiş.

Babam 1925-ci ildə dünyasını dəyişib. Atam bizə danışırdı ki, babamı özünün tikdirdiyi məsciddə dəfn ediblər. Daha sonra isə sovet hökuməti ağaların, bəylərin qəbirlərini dağıdırmış deyə, əmilərim gecə ilə babamın qəbrini qəbiristanlığa köçürüblər. İzin itməsi üçün sadəcə sinə daşı qoyublar. Hazırda babamın tikdirdiyi məscid kitabxana kimi fəaliyyət göstərir. Binanın arxa hissəsində Qurani-Kərimdən ayə olub. Onun üzərində isə ay və ulduz təsvir edilib.

- Bayaq qeyd etdiniz ki, atanız Balakənə köçürülmüşdü. Daha sonra necə olub ki, Qazaxa qayıdıb?

- Bəli, atam əmim Ənvərlə birlikdə məcburi şəkildə Balakənə köçürülüb. Lakin atam orada yaşaya bilmir, öz eli, obası üçün darıxır. Ölüm təhlükəsi olmağına baxmayaraq, Qazaxa - Kosalar kəndinə qayıdır. Kosalar camaatı onu sevinclə qarşılayır. Atam öz evinə gedə bilmir. Çünki artıq ata evi dövlətin mülkiyyətinə keçmişdi və inzibati işlər üçün istifadə olunurmuş. Kənd camaatı bir zamanlar hər kəsin əlindən tutan babam Məşədi İbrahimin oğlu Nəsrəddin Hacıyev üçün ev tikir. Biz hamımız o evdə dünyaya gəlmişik.

- Bəs hazırda yaşadığınız evi nə zaman öz mülkiyyətinizə keçirə bildiniz. Deyirsiniz ki, ev yeni təmir olunub. Evi siz təmir etmisiniz, yoxsa..?

- Atam sovet dövründə bu evi ailəmizə qaytarmaq üçün dəfələrlə müraciətlər etsə də, hamısı cavabsız qalmışdı. Müstəqilliyimiz bərpa olunduqdan sonra mən yenidən müraciət etdim. Nəticədə bu tarixi ev ailəmizə qaytarıldı. Uzun müddət istifadəsiz qaldığı üçün yararsız hala düşmüşdü. Mənim isə açığı o qədər də imkanım yox idi. Ev bu il Qazax Rayon İcra Hakimiyyəti tərəfindən təmir olundu. Həmçinin bu il ADA Universiteti və onun tərəfdaşlarının köməyi ilə Qazax Müəllimlər Seminariyasının binası da əsaslı şəkildə təmir edildi. Buna görə də bu işdə əziyyəti keçənlərə təşəkkürümü bildirirəm.

- Müsahibəyə görə minnətdaram. Həmçinin bizi bu tarixi evdə qonaq etdiyiniz üçün təşəkkürümüzü bildiririk.

- Mən təşəkkür edirəm.

Qeyd edək ki, Məşədi İbrahimin xalqı və milləti qarşısında həqiqətən böyük xidmətləri olub. Əgər o, öz mülkünü seminariya üçün bağışlamasaydı, bəlkə də Qazax seminariyası fəaliyyətə başlamazdı, zəmanəmizin böyük şairləri Səməd Vurğun, Osman Sarıvəlli, yazıçı Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı, professor Mehdixan Vəkilov, Əhməd Qaravəliyev, Yusif Yusifov və Azərbaycan maarifçilərinin böyük bir dəstəsi də yetişməzdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib