ELM VƏ TƏHSİL
Multikulturalizmin Azərbaycan modeli dünyada uğurla təbliğ olunur
Bakı, 23 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) baş elmi işçisi, Alban-udin xristian icmasının sədri Robert Mobili Varşavada keçirilən VII Beynəlxalq konqresdə iştirak edib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə R.Mobilinin “Udinlərin postsovet məkanında sosial-iqtisadi həyatı” mövzusunda məruzəsi dinlənilib. Alim məruzəsində udinlərin postsovet məkanında həyatından, xalqın adət və ənənələrindən danışıb. O, eyni zamanda, Azərbaycanın müstəqillik illərində respublikada alban kilsələrinin və dini məbədlərin bərpasından, multikulturalizmin Azərbaycan modelinin dünyada uğurlu təbliğatından bəhs edib.