Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Müqəddəs Asnı piri, Asnı bulağı və ya Göyçədən Kəngərliyə gələn ərməğan

Müqəddəs Asnı piri, Asnı bulağı və ya Göyçədən Kəngərliyə gələn ərməğan

Kəngərli, 27 noyabr, AZƏRTAC

Bu il İslam Mədəniyyəti Paytaxtı missiyasını yerinə yetirən Naxçıvan qədim zamanlardan yerləşdiyi strateji mövqeyi, füsunkar təbiəti, tarixi və mədəni zənginliyi ilə diqqət mərkəzində olub.

AZƏRTAC-ın Naxçıvan bürosunun verdiyi məlumata görə, Naxçıvan orta əsrlər dövründə həm də elm və mədəniyyətin, idarəçilik ənənələrinin, türk-müsəlman varlığını nümayiş etdirən sufi mərkəzlərinin geniş yayıldığı məkanlardan olub. Əlincəçay, Pir Xamuş (Pir Qəmiş), Pir Yaqub, Xudu-Divanə, Şeyx Əbu Səid, Pir Eyvaz, Baba Yaqub, Xanağa, Piri-Süleyman, Piri Baba xanəgahları, İsfəndiyar zaviyəsi, Vənəndçay vadisindəki sufiliklə bağlı mərkəzlər məhz belə məkanlardandır. AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Naxçıvanda sufiliklə bağlı mərkəzlər” kitabında bu haqda geniş məlumatlar verilir. Həmin kitabda adları çəkilən Ağzirət piri, Aşağı Buzqov piri, Aza piri, Ərəfsə piri, Ərməmməd piri, İmminin ocağı, İydəli piri, Qərib piri, Malik İbrahim piri, Miranşah piri, Seyid Sultan Səfi piri, Üstüpü piri və adını sadalamadığımız onlarla bu cür məkanlarla yanaşı, Asnı piri də bu gün müqəddəs ziyarətgahlardandır. Yaşı əsrlərlə ölçülən bu pir indi də insanların üz tutduğu, ziyarət etdiyi ocaq sayılır.

“Pələng qayası”nın “himayəsində olan” müqəddəs məkan

Asnı piri Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qarabağlar kəndindəki “Pələng qayası” dağının cənub ətəyində yerləşir. Pirin yaxınlığında sıldırım qayaların arasından çıxan gursulu bulaq da insanların inanc yerinə çevrilib. Asnı pirini, adətən, yenicə ailə həyatı qurmuş gənclər ziyarət edir, burada qurbanlar kəsirlər. Özləri ilə bulaq suyundan aparır, xeyir-bərəkətli və xoşbəxt gələcək diləyi ilə həmin sudan xəmir yoğurub çörək bişirirlər. Bulаğın ətrаfındаkı аğаclаr dа insanlar tərəfindən müqəddəs hеsаb еdilir, orada yabanı qaraçalı, həmərsin, yemişan kolları ilə bərabər, cır armud, alma, alça kimi meyvə ağacları bitib. Sonradan burada arx boyunca söyüd və iydə ağacları da əkilib. 

Pirin içərisində оrtа əsrlərə аid iki qəbir, qəbirlərdəki sinə dаşlаrının üzərində isə ərəb əlifbаsı ilə yazılı kitаbələr vаr. Kitаbələrə əsаsən qəbir аbidələri XIV əsrə аid edilir. Lаkin pirin tаriхi Аzərbаycаn türklərinin dаğ, su və аğаc inаncı ilə bаğlıdır və dаhа qədim dövrə gedib çıxır.

Göyçə gölündə itirilən qızıl sikkələr Asnı bulağında tapılıb

Pirin tarixi haqqında da kənd ağsaqqallarının söhbətləri maraqlıdır. Nahas Səfərov deyir ki, bu pirlə bağlı əhali аrаsındа əfsаnələr söylənilir. Onların birində dеyilir ki, Asnı dağındakı bulağın suyu Göyçə gölünün suları ilə əlaqədardır. Keçmiş vaxtlarda uzaq Göyçə mahalından gəlmiş bir tacir karvan ilə daşduz aparmaq üçün Qalacıq şəhərindəki (indiki Qarabağlar kəndi) bazarda dayanmalı olur. O, bir şəxsin əlində özünün əvvəllər itirdiyi naxışlı əlağacını görərək tanıyır və sevincək on il əvvəl başına gəlmiş bir hadisəni xatırlayır. Belə ki, o, bir zamanlar Göyçə gölündən qayıqla keçən zaman qəflətən yaranan tufan nəticəsində qayıq çevrilir. Tacir sudan çətinliklə üzüb çıxır. Həmin hadisədən sonra suda batan mallarından çox, qaraağacdan yonulmuş naxışlı əlağacını itirməsinə heyifsilənir. Tacir əlağacını özününkü olduğunu sübut edib qalacıqlı şəxsdən almaq üçün yivli baş hissəsini burub açır və içərisində gizlətdiyi qızıl sikkələri yerə tökür. Camaat təəccüblənərək tacirin əlağacı ilə qızıllarını özünə qaytarır. Tacir isə halallıq kimi qızılların yarısını itmiş əlağacını tapan şəxsə verərək, onu haradan tapdığını soruşur. Ağacı tapan şəxs Allaha şükür edərək, əlağacını təpədəki Asnı bulağından tapdığını söyləyir. Həmin əhvalatı eşidən qalacıqlılar (qarabağlarlılar) Asnı bulağını Allahın möcüzəsi kimi müqəddəs bilib, oranı ziyarətgaha çevirirlər. Tacir isə qalan qızılları xərcləyərək Asnı bulağında min baş qurbanlıq quzu kəsdirməklə əhaliyə ehsan verir.

Mоnumеntаl quruluşa malik mеmаrlıq аbidəsi

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində Qarabağlar kəndindəki orta əsrlərdən qalma digər memarlıq abidələri ilə birgə Asnı pirində də yenidənqurma işləri aparılıb. Əvvəllər pirin yахınlığındа möhrədən tikilmiş dördkünc fоrmаlı köhnə tikili hаzırdа mоnumеntаl quruluşa malik mеmаrlıq аbidəsi ilə əvəz olunub. Binanın künc divarları milli naxışlarla bəzədilib. Burada zəvvarlar üçün mədəni-məişət şəraiti yaradılıb, həyətyanı sahədə geniş abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar quraşdırılıb.

Yurdumuzun bütün bölgələrində türk-islam mədəniyyəti abidələri, dini inanc yerlərimiz var. Onların hər biri xalqımızın etnik tarixinin, maddi və mənəvi dəyərlərinin, qədim dünyagörüşünün öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib