SİYASƏT


Murmansk vilayətinin İctimai Palatası həmvətənlərimizi Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə təbrik etmişdir

Bakı, 8 oktyabr (AZƏRTAC). Ümumrusiya Azərbaycanlılar Konqresinin Murmansk vilayət bölməsinin ünvanına Rusiyanın Murmansk vilayətinin İctimai Palatasından təbrik məktubu daxil olmuşdur.

Təbrik məktubunda deyilir: “Ölkələrimiz arasında münasibətlər yüksək səviyyəyə çatmışdır, Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr uğurla inkişaf edir. Mədəniyyət və təhsil sahəsində birgə tədbirlər keçirilməsi milli mədəniyyətlərin yaxınlaşdırılması və bir-birini zənginləşdirməsi başqa xalqlar üçün parlaq nümunədir. Azərbaycanın müstəqilliyi münasibətilə ictimai palata adından ən xoş və səmimi təbriklərimizi qəbul edin!”

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə Murmansk şəhərinin müxtəlif milli-mədəni birliklərindən, o cümlədən regionun milli-mədəni muxtariyyətlərindən, Kola regional ictimai əlillər təşkilatından da təbrik məktubları alınmışdır.

Regionda 25 mindən çox soydaşımız yaşayır. Onlar Murmansk vilayəti ictimai palatasının rəhbərliyindən alınmış təbrik məktubunu səmimiyyətlə qarşılamışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.