SİYASƏT
Murmanskda Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçiriləcək
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 15-də Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyəti və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yerli nümayəndəliyi Azərbaycanın Milli Qurtuluş Gününə həsr edilmiş tədbirlər keçirəcəklər.
Murmanskdakı “Azərbaycan” Milli-Mədəni Muxtariyyətinin və RAGB-nin yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, tədbirdə “Xalqın xilaskarı” adlı fotosərgi təqdim olunacaq. Sərginin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin nadir fotoşəkilləri nümayiş etdiriləcək. Tədbir iştirakçıları respublikamız haqqında müxtəlif nəşrlərlə tanış ola biləcəklər.
Tədbirə Rusiyanın və Azərbaycanın dövlət strukturlarının və ictimaiyyətin nümayəndələri, Murmansk şəhərinin və vilayətin müxtəlif ali məktəblərinin müəllimləri və tələbələri dəvət olunub.