SİYASƏT
Murmanskda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü qeyd ediləcəkdir
Murmansk, 4 may (AZƏRTAC). Mayın 7-də qəhrəman Murmansk şəhərində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölmələrinin təşkilati dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbirlər keçiriləcəkdir.
Tədbir iştirakçılarına böyük dövlət və siyasi xadim haqqında kitablar, fotoalbomlar təqdim olunacaq, Ulu Öndərin həyatından və çoxşaxəli fəaliyyətindən söz açan filmlər nümayiş etdiriləcəkdir.
ÜAK-ın Murmansk bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə təntənəli yığıncaq keçiriləcəkdir.
Tədbirdə Murmansk ictimaiyyətinin, şəhərdə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər.
Rəsmi hissədən sonra “Şərqin incisi” özfəaliyyət ansamblının, Bakıdan dəvət edilmiş tanınmış musiqiçilərin iştirakı ilə konsert olacaqdır.