SİYASƏT
“Müşahidəçilər üçün yaddaş” kitabçası çap olunub
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclisə seçkiləri izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır. Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib.
Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.
“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.