MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində konsert təşkil olunacaq

Bakı, 8 sentyabr, Ceyhun Alışov, AZƏRTAC

Sentyabrın 17-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən və muzeyin arxiv materialları əsasında hazırlanmış videoçarx nümayiş olunacaq. Tədbirin bədii hissəsində Üzeyir Hacıbəylinin klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək.

Qeyd edək ki, sənətkarın musiqi irsinin və möhtəşəm publisistik əsərlərinin təbliği məqsədilə təşkil olunan konsertdə bir sıra ifaçıların repertuarında müxtəlif musiqi nömrələri səsləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.