QAN YADDAŞI


Musiqi məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində 238 nömrəli tam orta məktəblə birlikdə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə 238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbov və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək xalqımızın azadlığı uğrunda mübarizədə 20 Yanvar hadisələrinin xüsusi yeri olduğunu qeyd ediblər. Bildirilib ki, 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin dəhşətli gecədə həlak olan Vətən oğulları tariximizə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Sonda musiqi məktəbinin kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.