MƏDƏNİYYƏT


Musiqi məktəbində Ulu Öndərin xatirəsi anılıb

Bakı, 13 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin kollektivi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünə həsr olunmuş tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şagirdlərə görkəmli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib, Azərbaycan incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan, onlara bəxş etdiyi ruh yüksəkliyindən danışılıb.

Sonda məktəbin şagirdləri dünya və Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.