MƏDƏNİYYƏT


Musiqi məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda əsərlər səsləndirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 34 nömrəli uşaq musiqi məktəbi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələri barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda misli görünməmiş qətliam baş verdi. Qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir. Həmin yanvar gecəsi Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə-torpağa sədaqətini, dövlətimizin müstəqilliyi və azadlığı uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş yer var. Bu, 20 yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il minlərlə insan şəhidlərimizi ehtiramla yad etmək üçün buranı ziyarət edir. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin vətən oğullarının xatirəsi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq.

Tədbirdə musiqi məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda əsərlər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.