MƏDƏNİYYƏT


Musiqili Teatr rusdilli tamaşaçıları üçün maraqlı səhnə əsərləri hazırlayıb

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrı noyabr ayı ərzində rusdilli tamaşaçıları üçün dörd səhnə əsəri hazırlayıb.

AZƏRTAC xəbər verir ki, bu ay sənət ocağının yaradıcı kollektivi səkkiz dəfə rusdilli tamaşaçılarla görüşəcək. Belə ki, noyabrın 3-də rus xalq nağılı əsasında hazırlanmış “Qoğalın nağılı”, 15-16-da isə “Yağış göbələyinin macərası” adlı səhnə əsərləri təqdim olunacaq. Bundan başqa, noyabrın 18-də “Qızıl cücə”, “Qoğalın macərası” tamaşaları, 23-25-də isə müvafiq olaraq “Bir dəfə Bağdadda” və “Qoğalın macərası” səhnə əsərləri izləniləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.